"Beşiktaş" - "Fənərbağça" derbisinin hakimi bəlli olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Trendyol Super Liqasının 15-ci həftəsində dekabrın 9-u keçiriləcək "Beşiktaş" - "Fənərbağç"a derbisini hakim Atilla Karaoğlan idarə edəcək.
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Şurasının verdiyi açıqlamaya görə, Karaoğlanın köməkçiləri Ceyhun Sesigüzel və Cevdet Kömürcüoğlu olacaq.
Volkan Bayarslan derbinin dördüncü hakimi funksiyasını yerinə yetirəcək.
Fərid
MİA.AZ