"Qalatasaray" İdarə Heyətinin üzvü və keçmiş menecer Taner Aşkın bu gün baş tutan İdarə heyətinin toplantısında sensasiyalı tələblə çıxış edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, "Qalatasaray" İdarə Heyətinin üzvü olan məşhur məşqçi Fatih Terimlə sabiq futbolçu Ayhan Akmanın üzvlükdən xaric olunmasını tələb edib.
Taner Aşkın tribunada etdiyi çıxışda adıçəkilənləri Türkiyədə gündən olan və "Fatih Terim Fondu" kimi hallanan futbolçulara qarşı dələduzluq əməllərində adlarının qabarıq göstərilməsinin kluba zərər verdiyini deyib:
"Onların bankir Seçil Erzanla birgə adlarının hallandığı cinayət işində "Qalatasaray"ın əleyhinə olan şeylər var. Hər kəs hər yerdə bu dələduzluq olayından danışır. Bunu eşitmək məni son dərəcə narahat edir. "Qalatasaray"ın adı belə iyrənc hadisələrdə hallana bilməz. Buna görə Terim və Ayhan buradan uzaqlaşdırılmalıdır".
Fərid Aslan
MİA.AZ