AFFA bəzi klubları cəzalandırıb.
Mia.az xəbər verir ki, "Qarabağ" XV turunda “Qəbələ” ilə keçirilən və 3-0 qalib gəldiyi oyunda meydana kənar şəxsin çıxması səbəbindən 800 manat cərimələnib.
"Qarabağ"la yanaşı, “Sumqayıt” ilə görüşdə “Turan Tovuz”un 5, “Sabah”la matçda isə “Kəpəz”in 4 futbolçusu sarı vərəqə alıb. Bu səbəbdən qərb komandaları hərəyə 700 manat cərimələnib.
Bundan əlavə, AFFA İntizam Komitəsi "Lerik"in futbolçusu Rahid Ağazadəyə bütün turnirlər daxil olmaqla 6 oyunluq cəza verib. Buna səbəb onun "Sumqayıt"la Azərbaycan Kubokunun II təsnifat mərhələsinin matçında rəqib oyunçu Kristian Velinovskiyə qarşı etdiyi kobudluq olub.
“Lerik” klubu 300 manat cərimələnib.
Fərid
MİA.AZ