Baş məşqçi və keçmiş futbolçu Oktay Derelioğlu və həyat yoldaşı Başak avtoxuliqanların hücumuna məruz qalıb.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə ölkə mətbuatında görüntülər yayılıb.
Məsələ ilə bağlı açıqlama verən baş məşqçi Oktay Derelioğlu faktı təsdiqləyb.
O bildirib ki, həyat yoldaşı ilə İstanbulun Kadıköy səmtində magistral yolda maşınla hərəkətdə olarkən bir maşına yol verib: "Lakin bu şəhər quldurları heç bir səbəb göstərmədən maşından düşərək bizə hücum etdilər. Nəticədə çiynim çıxdı, dizimdə sınıq yaranıb, bir neçə əməliyyat keçirməli oldum...".
Oktay Derelioğlu Haberler.com-a açıqlamasında ölümünə döyüldüyünü etiraf edib: "Həmin anda hər şey ola bilərdi, ölümdən qurtulduq. Onlar ən ağır formada cəzalanmalıdır".
Fərid
MİA.AZ