Bu gün futbol üzrə 20-ci dünya çempionatına start veriləcək.

Braziliyada təşkil olunacaq mundialın açılış matçı Sao Paulo şəhərində baş tutacaq.

32 komandanın iştirakı ilə keçiriləcək turnirin açılış matçında meydan sahibləri - Braziliya və Xorvatiya yığmaları üz-üzə gələcək. Həmin görüş sabah gecə, Bakı vaxtı ilə saat saat 01:00-da başlayacaq.


12 İYUN

A qrupu

01:00. Braziliya - Xorvatiya (iyunun 12-dən 13-nə keçən gecə)


13 İYUN

A qrupu

21:00. Meksika - Kamerun


B qrupu

00:00. İspaniya - Hollandiya (iyunun 13-dən 14-nə keçən gecə)

03:00. Çili - Avstraliya (iyunun 13-dən 14-nə keçən gecə)