Türkiyə Super Liqasının 14-cü həftəsinə yekun vuurlub.
Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, həftənin qapanış matçında "Sivasspor"u 4-1 məğlub edən "Fənərbağça" xalını 37-yə çatdıraraq, top fərqi ilə Qalatasaray"ın önünə - liderliyə yüksəlib.
Qarşılaşmadakı qolları 17-ci dəqiqədə Şimanski, 42-ci dəqiqədə İrfan Can Kahveci, 68-ci dəqiqədə Alaaddin Okumuş və 75-ci dəqiqədə Dzeko vurub. “Sivasspor”un yeganə qolunu 50-ci dəqiqədə Manaj vurub.
Beləliklə, superliqada 14-cü həftənin oyunları belə yekunlaşıb:
Atakaş Hatayspor - Bitexen Antalyaspor: 3-3
VavaCars Fatih Karagümrük - İstanbulspor: 3-0
Corendon Alanyaspor - TÜMOSAN Konyaspor: 2-2
Çaykur Rizespor - RAMS Başakşehir: 3-2
Yukatel Adana Demirspor - Yılport Samsunspor: 2-3
Siltaş Yapı Pendikspor - Qalatasaray 0-2
Kasımpaşa-Qaziantep FK: 4-2
Trabzonspor-Mondihome Kayserispor: 0-1
MKE Ankaragücü-Beşiktaş: 1-1
Fenerbahçe-EMS Yapı Sivasspor: 4-1
Fərid ASLAN
MİA.AZ