Azərbaycanın daha bir paracüdoçusu Namiq Abaslı Yaponiyanın paytaxtı Tokioda gerçəkləşən Qran-pridə medal qazanıb.
"Report" xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı J2 kateqoriyasında çıxış edib.
N.Abaslı özbəkistanlı Feruz Sayıdova qalib gələrək bürünc mükafata sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Vüqar Şirinli (60 kq) və Şəhanə Hacıyeva (48 kq) gümüş medal əldə ediblər.