"Fənərbağça"nın futbolçusu Ferdi Kadıoğlu Avropa klublarının "radar"ına düşüb.

Mia.az Türkiyə mətbuata istinadla xəbər verir ki, Ferdi Kadıoğlu ilə "Borussiya Dortmund", "Napoli", "Ayaks" və "Arsenal"dan sonra "İnter" də maraqlanmağa başlayıb.

Məlumata görə, "İnter" qarşıdakı oyunlarda Türkiyə millisinin oyunçusu olan Ferdini meydandan canlı izləyəcək.

Xatırladaq ki, Ferdi bu mövsüm "Fənərbağça"nın heyətində 19 rəsmi matçda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun millinin heyətindəki oyunu isə dünya mediasının daha çox diqqətini çəkir.

Fərid

MİA.AZ