"Qalatasaray”ın baş məşqçisi Roberto Mançini istefa verib. MİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub italyan mütəxəssislə rəsmi şəkildə yollarını ayırıb. Klubun rəsmi internet səhifəsində yer alan məlumata görə, Mançini özü "Qalatasaray”dan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, Roberto Mançini 2013-cü ilin oktyabr ayında Fatih Terimin əvəzinə "Qalatasaray”ın baş məşqçisi təyin olunub.