Qəzzada daha 3 jurnalist həlak olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Qəzza Media Ofisinin baş direktoru İsmail es-Sevabite Əqsa Şəhidləri Xəstəxanası qarşısında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, İsrailin bu gün təşkil etdiyi hücumlarda daha 3 jurnalist həyatını itirib: "İsrailin həqiqətlərə işıq salan və faktları dünyaya çatdıran mətbuat mənsublarını hədəf almağa davam edir. Təəssüf ki. bu gün daha 3 jurnalıist peşə fəaliyyətini yerinə yetirərkən bombardmanda həlak oldular".
Sevabite qeyd edib ki, bununla da oktyabrın 7-dən bu yana Qəzza zolağında həyatını itirən jurnalistlərin sayı 73-ə yüksəlib.
Zülfiyyə
MİA.AZ