Bakıda keçirilən hərbçilər arasında dünya çempionatında qadın güləşçilərdən ibarət Azərbaycan millisinin iki üzvü uğur qazanıb.

Mia.az xəbər verir ki, 57 kq çəkidə Jalə Əliyeva qızıl, 62 kq-da isə Birgül Soltanova bürünc medal qazanıblar.

Qeyd edək ki, yarışda ötən gün Ruzzana Məmmədova (49 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) bürünc, Gültəkin Şirinova (53 kq) bürünc medala sahib olublar.

Qeyd edək ki, turnir dekabrın 3-dək davam edəcək.