Türkiyə Futbol Federsiyası (TFF) superliqa komandası “Kayserispor”i başda olmaqla, 1-ci Liqadan “Altay”, “Giresunspor”, “Ərzurumspor”, 2-ci Liqadan “Bursaspor”, “Nazilli Belediyespor” və “Zonquldak Kömürspor”u cəzalandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, adıçəkilən  komandaların mövcud xallarından 3 xalı silinib.

Məlumata görə, adıçəkilən klubların infrastruktur, kadrlar, hüquqi və maliyyə meyarlarına uyğun yoxlamasından sonra belə qərar qəbul olunub.

Fərid

MİA.AZ