Türkiyədə 42 yaşlı rusiyalı qadın və onun 15 yaşlı qızı öldürüb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bodrumda Litva əsilli Andrej Kuslevic tərəfindən öldürülən və yol kənarında uçuruma atılan Rusiya vətəndaşı İrina Dvizova və onun 15 yaşlı qızı Dayana Dvizovanın cənazələrinin doğma şəhərlərinə göndərilməsi üçün sosial şəbəkələrdə maliyyə dəstəyi kampaniyası başlayıb.
Xatırladaq ki, Bodrumda daşınmaz əmlak agenti işləyən İrina Dvizova və qızı Dayana Dvizovanın cəsədləri onlardan xəbər ala bilməyən dostlarının polisi məlumatlandırmasından sonra çöllükdən tapılıb.
İstintaq zamanı rusiyalı qadını əri tərəfindən öldürüldüyü bəlli olub. Belə ki, keçmiş əri Andrej Kuslevic noyabrın 20-də Litva nömrəli avtomobillə Ədirnə Sərhəd Qapısından Türkiyəyə daxil olub və bu qətli törədib. Və o, bundna sonra ölkədən tələsik ayrılıb.
Hazırda onun həbsi üçün müvafiq işlər aparılır.
Firudin Səfərli
MİA.AZ