UEFA Avropa Konfrans Liqası H qrupunun 5-ci matçında "Fənərbağça" səfərdə "Nordsjaelland" gözlənilməz hesabla uduzub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Right to Dream Park"da saat 00.00-da başlayan matçı fransalı baş hakim Jeremie Pignard idarə edib.

Oyunda Danimarka komandası qalib gəlib - 6:1.

Ev sahibindən qolları21-ci dəqiqədə Lukas Hey, 25-ci dəqiqədə Daniel Svensson, 55, 75 və 84-cü dəqiqələrdə Benjamin Nyqren, 66-cı dəqiqədə Kristian Rasmussen vurub.

Beləliklə, "Fənərbağça" UEFA Avropa Konfransı Liqası H qrupunda ikinci məğlubiyyətini alıb. 9 xalla qalan "sarı-göylülər" 2-ci yerə düşüb.

"Nordsjaelland" 5-ci matçında 3-cü qələbəsini qazanıb. Danimarka təmsilçisi xalını 10-a yüksəldib və lider olub.

"Fənərbağça" H qrupunda son matçını 14 dekabrda "Spartak Trnava" ilə keçirəcək.

Həmin gün "Nordsjaelland" "Ludoqorets Razqrad"la qarşılaşacaq.

Fərid

MİA.AZ