Bu gün Avropa Liqasının qrup mərhələsində "Qarabağ" səfərdə Norveçin "Mölde" komandası ilə "döyüşüb".
Mia.az xəbər verir ki, oyunda hesabı 12-ci dəqiqədə "Qarabağ" açıb.
Ev sahibi komandasnın müdafiəçisi Kristian Eriksen 82 və 87-ci dəqiqələrdə atdığı iki qolla hesabı dəyişib.
Lakin 90+5-də “Qarabağ” bərabərik qolunu vurub - 2:2.
Oyun bu hesabla başa çatıb.
Bununla da xalını 7-yə yüksəldən “Qarabağ” ikinci pillədəki yerini qoruyaraq Konfrans Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirib. "Qarabağ” dekabrın 14-də qrupdakı son oyununu Bakıda İsveç klubu “Hekken”ə qarşı keçirəcək.
Onu da xatırladaq ki, qrupun digər oyununda “Bayer” səfərdə İsveçin “Hekken” komandasını udub - 2:0.
Fərid
MİA.AZ