UEFA Avropa Konfransı Liqası D qrupunun 5-ci həftəsində "Club Brugge" ilə doğma meydanında qarşılaşan "Beşiktaş" darmadağın edilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, proqnozların əksinə olaraq, Rıza Çalmbayın yetirmələri elə 4-cü dəqiqədə qapısından qol buraxıb.
Belçika təmsilçisinin 4-cü dəqiqədəki qolunu Kasper Nilsen vuurb. 14-cü və 46-cı dəqiqədə isə İqor Tyaqo, 50-ci dəqiqədə Rafael Onyedika və 69-cu dəqiqədə Andreas Olsen hesab arasındakı fərqi 5-ə çatdırıblar.
Beləliklə, "Başiktaş" evində Avropanın ortabab komandasına tarixi hesabla məğlub olub - 0:5
Bu nəticə ilə İstanbul komandası D qrupunda 4-cü məğlubiyyətini alıb. Son pillədə qərarlaşan "Beşiktaş"ın cəmi 1 xalı var.
Belçika təmsilçisi isə bu qələbə ilə xalını 13-ə çatdırıb.
"Beşiktaş" Konfrans Liqasındakı son matçını 14 dekabrda səfərdə heç bir şansı qalmayan "Luqano" ilə keçirəcək.
Fərid Aslan
MİA.AZ