“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova barəsində həbs qərarı verilib.

Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

“AbzasMedia” xəbər portalının əməkdaşı Nərgiz Absalamova saxlanılıb.

Mia.az xəbər verir ki, bu gün BŞBPİ-nə yenidən dindirilməк üçün çağırılan jurnalist Nərgiz Absalamova orada həbs edilib.

O, “AbzasMedia”nın işində həbs olunanlarla bərabər qaçaqmalçılıqda ittiham edilir.

Qeyd edək ki, Ü.Həsənli və S.Vaqifqızı Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar. Onların evində və saytın ofisində axtarış keçirilib. Axtarış zamanı ofisdən 40 min avro pul aşkar edilib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.