UEFA Çempionlar Liqasında qrupdan çıxmaq şansını son tura daşıyan "Qalatasaray"ın dekabrın 12-də "Kopenhagen"lə oyundan qalib gəlsə, təkcə növbəti tura vəsiqə qazanmayacaq, həm də əlavə 12,4 milyon avro qazanacaq.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" növbəti mərhələyə yüksəltmək üçün mütləq səfər matçında qalib gəlməlidir.

Məlumata görə., əgər İstanbul kritik matçda 3 xal qazansa, ilk olaraq 2,8 milyon avroluq qələbə bonusunu alacaq: "Bundan əlavə, "Qalatasaray" bu qələbə ilə son 16 tura viza alacağı üçün kassasına 9,6 milyon avro da qoyacaq. Məğlub olacağı təqdirdə isə ümumilikdə 12,4 milyon avro Danimarka təmsilçisinə gedəcək. Qarşılaşma heç-heçə bitərsə, "sarı-qırmızılı"lar cəmi 0,93 milyon avro ilə kifayətlənəcək".

Məlumatda o da deyilir ki, "Qalatasaray" Kopenhagen matçında qalib gəlsə, klubun UEFA-dan daxil olacaq bu mövsümki ümumi gəliri 43,6 milyon avroya çatacaq: ""Qalatasaray" indiyədək liqa oyunlarından 31,2 milyon avro gəlir əldə edib".

Fərid Aslan

MİA.AZ