UEFA Çempionlar Liqasının 2023-2024-cü il mövsümünün qrup mərhələsinin 5-ci həftəsinə bu gün keçirilən oyunlarla yekun vurulub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Qalatasaray"ın da yer aldığı A qrupunda son 16 turu təmin edən "Bavariya" öz meydanında Danimarkanın "Kopenhagen" komandasını qəbul edib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra lider "Bavariya" xallarını 13-ə yüksəldib, "Kopenhagen" isə "Qalatasaray"la xallarını bərabərləşdirib - 5 xal.
Son turda İstanbul klubu Danimarka komandası ilə "döyüşəcək".
C qrupunun matçında "Real Madrid" doğma meydanda qəbul etdiyi "Napoli"ni 4:2 hesabı ilə məğlub edib. Meydan sahiblərinin qollarını Rodriqo, Cud Bellinqem, Niko Paz və Xoselu, qonaq komandanın qollarını isə Covanni Simeone və Andre Zambo Anqissa vurub.
B qrupunda öz meydanında Fransa təmsilçisi "Lans"ı 6-0 hesabla darmadağın edən "Arsenal" son 16 tura vəsiqəni əldə edib. London komandasının qollarını Kay Hevarts, Qabriel Jesus, Bukayo Saka, Qabriel Martinelli, Martin Odegaard və Jorginho vurub.
“Lans”in məğlubiyyəti ilə ikinci pillədə qərarlaşan "PSV Eyndhoven" də növbəti mərhələyə adlamaq hüququ qazanıb.
D qrupunda son 16 tura zəmanət alan "İnter" səfərdə 3-0 geriyə düşdüyü matçdan "Benfika" ilə 3-3 bərabərə ayrılıb. İtaliya komandasına heç-heçəni Marko Arnautoviç, Davide Frattesi və Aleksis Sançes gətirib.
Beləliklə, 5-ci turdakı oyunlar belə nəticələnib:
Qalatasaray-Mançester Yunayted (İngiltərə): 3-3
Sevilla (İspaniya) - PSV Eindhoven (Hollandiya): 2-3
"Bavariya" (Almaniya) - "Kopenhagen" (Danimarka): 0:0
Real Madrid (İspaniya) - Napoli (İtaliya): 4-2
"Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya): 0:0
Braqa (Portuqaliya)-Union Berlin (Almaniya): 1-1
Arsenal (İngiltərə) - Lens (Fransa): 6-0
"Benfika" (Portuqaliya) - "İnter" (İtaliya): 3-3
Fərid Aslan
MİA.AZ