"Beşiktaş" bu gün UEFA Avropa Konfransı Liqası D qrupunun 5-ci matçında saat 21.45-də Belçika təmsilçisi "Club Brugge"ni qəbul edəcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Beşiktaş"ın baş məşqçisi Rıza Çalımbay və kapitanı Cenk Tosun oyunla bağlı mətbuat konfransı keçiriblər.
Həm "Club Brugge", həm də qrupun son matçı olan "Luqano" ilə səfərdə qalib gəlmək üçün oynayacaqlarını deyən Çalımbay bildirib ki, bugünki oyunda yeganə məqsəd Türkiyə üçün udmaqdır: “Qazanmalıyıq. Azarkeşlər, “Beşiktaş” və Türkiyə üçün xal qazanmaq baxımından önəmlidir. Təəssüf ki, qrupdan çıxma şansımız qalmayıb".
Son üç matçda oyunçuların özünə inam qazandığına diqqət çəkən Çalımbay bildirib ki, komanda iki həftəyə potensialını tam bərpa edəcək.
"Beşiktaş"ın hücumçusu Cenk Tosun da "Club Brugge"yə qalib gəlmək üçün meydana çıxacaqlaırnı deyib: “Yaxşı oyunla qalib gəlmək istəyirik”.
Fərid
MİA.AZ