UEFA Çempionlar Liqasının A qrupunda "Qalatasaray" İstanbulda "Mançester Yunayted"i sınağa çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 21.45-də başlayan oyunda hesabı 11-ci dəqiqədə ingilislər açıb - 0:1.

18-ci dəqiqədə ingilislər Frernandesin qolu ilə fərqi artırıblar - 0:2.

29-cu dəqiqədə "Qaıatasaray" bu qollardan birinin əvəzini çıxıb - 1:2.

İlk hissə bu hesabla başa çatıb.

55-ci dəqiqədə "Mançester Yunayted" daha bir qol vurub - 1:3

62-ci dəqiqədə yenə də Ziyeç sərbəst vuruşdan yenə fərqi azaldıb - 2:3

70-ci dəqiqədə Kərəm hesabı bərabərləşdrib - 3:3

Oyun hesabla başa çatıb.

Bu oyundan sonra "Qalatasaray" qrupda 5 xalla ikinci, "Mançester Yunayted"in isə 4 xalla sonuncu yerdədir.

Əgər bu gün 12 xalla qrup lideri olan "Bavariya" 4 xala sahib "Kopenhagen"ə qalib gələrsə, o zaman "Qalatasaray" son oyununda Danimarka təmsilçisinə qalib gəlməklə, digər oyunlaırnnəticəsindfən aslı olmayaraq, rahat şəkildə növbəti mərhələyə vəsiqəni təmin edə bilər.

***

Bu gün saat 21.45-də UEFA Çempionlar Liqasının A qrupunun 5-ci həftə matçında "Qalatasaray" doğma meydanda İngiltərə təmsilçisi "Mançester Yunayted"lə qarşılaşacaq. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Qalatasaray" doğma meydanında qalib gəlsə, Avropada yolunda böyük avantaj qazanacaq.

"RAMS Park" stadionunda keçiriləcək qarşılaşmanı ispaniyalı hakim Xose Mariya Sançes idarə edəcək.

Hazırda "Qalatasaray"ın qrupda 4, "Mançester Yunayted"in isə 3 xalı var.

Komandalar isə meydana bu heyətlə çıxacaq:

"Qalatasaray": Muslera, Boey, Abdülkerim Bardakcı, Kaan Ayhan, Angelino, Torreira, Ndombele, Ziyech, Mertens, Zaha, Icardi

"Mançester Yunayted": Onana, Van-Bissaka, Maquayre, Lindelöf, Şou, MakTominay, Amrabat, Antoni, Bruno Fernandes, Qarnaço, Hojlund

Fərid

MİA.AZ