Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub.
Mia.az Baş Prokurorluğun Mətbuat xidmətinə istinadla xəbər verir ki, beynəlxalq hüququn norma və prinsiplərinin tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Samir Həsənovun ekstradisiyası haqqında Azərbaycan tərəfinin vəsatəti Livan Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Samir Həsənovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Samir Həsənov Livandan ölkəmizə gətirilib.