Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaşa 1000 manat qarşılığında narkokuryerlik edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Mia.az-a bildirilib ki, polis əməkdaşları daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Lənkəran rayon sakini İlqar Əmənullayev rayonun Nəvahi kəndi ərazisində saxlanılıb. Onun əlində olan torbaya keçirilən baxış zamanı 630 qram tiryək, 100 qrama yaxın metamfetamin və 600 qramdan artıq olan marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı İ.Əmənullayev sosial şəbəkə vasitəsilə tanış olduğu "Toral" adlı iranlı narkotacirə narkokuryerlik etdiyini etiraf edərək ondan aşkarlanan narkotik vasitələri 1000 manat qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.