Ukraynanın Odessa şəhərində Azərbaycanı layiqincə təmsil edən nəslin nümayəndəsi olan boksçu Camal Quliyev növbəti uğura imza atıb.
Mia.az xəbər verir ki, Rusiyanın təcavüzünün ilk günlərindən Ukrayna xalqına humanitar dəstək göstərən "Dopomoqa" xeyriyyə fondunun başçısı, əslən Ağcabədidən olan iş adamı Şamil Quliyevin oğlu, tanınmış boksçu Camal Quliyev növbəti qələbəsini qazanıb.
Ötən il dünya çempionatında haqsızliqla üzləşərək üçüncü yerlə kifayətlənən soydaşımız bir neçə gün əvvəl Lvovda keçirilən boks üzrə Ukrayna çempionatının qalibi olub.
Qeyd edək ki hüquq üzrə ali təhsil almış Camal "Levşa" klubunun məşqçiləri, Ukraynanın əməkdar idman xadimi Azər Mustafayev ve Nurəddin Əlibəylinin yetirməsidir.
Fərid
MİA.AZ