"İsrail həbsxanalarında 44 məhbus fələstinli jurnalist var".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Fələstin Jurnalistlər Birliyi yayıb.

Bildirilib ki, oktyabrın 7-dən bu yana saxlanılan jurnalistlərdən 12-i müxtəlif vaxtlarda sərbəst buraxılsa da, sonradan 15-i tutulub: "Hazırda İsrailin əlində 44 mətbuat işçisi var. Onlar barədə inzibati həbs qərarları verilib".

Birliyin hesabatına əsasən, fələstinlilər çox vaxt irəli sürülən ittiham barədə məlumatlandırılmadan və müdafiə hüququ olmadan 6 aya qədər həbs olunurlar: "Hətta sonradan müxətlif bəhanələrlə həbs müddəti dəfələrlə artırılaraq 5 ilə qədər uzadılan jurnalistlər də var".

Birlik oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 70 jurnalistin həyatını itirdiyini də elan edib.

Firudin Səfərli
 
MİA.AZ