2009-2010 mövsümündə Türkiyə çempionu olan "Bursaspor" bağlanma təhlükəsi ilə üz-üzədir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu anonsu klub prezidenti Rəcəb Günay bəyan edib.
O, klubun maliyyə problemlərinin öhdəsindən gələ bilmədiyini etiraf edib: "Çox ciddi maliyyə sıxıntılar var. Ağır bir dönəmdən keçiriik, artlq klubu qapatmaq həddinə çatmışıq. Gələn həftə yekun qərarı verəcəyik".
Rəcəb Günay bütün gücü ilə klubun gələcəyini xilas etməyə çalışdığını desə də, artıq tükəndiyini sözlərinə əlavə edib: "Təəəssüf ki, nə Futbol Federasiyası, nə şəhərin öndə gələnləri əlini daşın altına qoyur...".
Xatırladaq ki, Türkiyə futbolunun 6 çempionundan biri olan “Bursaspor” 2009-2010-cu illərdə çempion olub. Ərtoğrul Sağlamın rəhbərlik etdiyi "yaşıl-ağlar" Dimitar İvankov, Ömər Ərdoğan, Ali Tandoğan, İvan Ergiç, Pablo Batalla, Volkan Şen, Sercan Yıldırım və Ozan İpək kimi ulduzlarla çempionluğa yüksəlməyi bacarıb.
Fərid
MİA.AZ