"İstanbulda "Qalatasaray" azarkeşlərin necə olduğunu bəllidir. Ancaq biz bu atmosferlə necə davranacağımızı bilirik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Erik Ten Hag Erik sabah "Qalatasaray"a qarşı İstanbulda keçirəcəkləri oyunla bağlı təşkil olunan mətbuat konfransında deyib.

O, "Qalatasaray"a 3-2 hesabı ilə uduzduqları ilk matçla müqayisədə komandada hazırda böyük dəyişiklik olduğunu bildirib: "Düşünürəm ki, ilk matçla müqayisədə xeyli irəliləmişik. Nə edə biləcəyimizi bilirik və özümüzə arxayınıq. Azarkeşlərə gəldikdə, biz bu atmosferlə necə davranacağımızı bilirik. Sabah meydanda arxayın komanda olacaq".

Baş məşqçi qeyd edib ki, əsas fikirləri oyundan qalib ayrılmaqdadır: "Əlbəttə, mütləq qalib gəlməliyik. əsas hədəf "Qalatasaray"ı məğlub edərək, son oyuna üstün avantajla getməkdir".

Fərid

MİA.AZ