Bankir tərəfindən 7.5 dolları "yox"a çıxarılan Arda Turan, nəhayət, hadisə haqqında danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu barədə Oda TV-yə qısa müsahibə verib.
Arda Turan bildirib ki, onun Fond və ya digər çaliyyə qurumları barədə anlaşyışı yoxdur: "Mən yalnız DenizBank və flial müdiri Seçil Erzana güvənirdim. Bankda Seçilə görüşdüm. O, mənə bunun DenizBank-ın zəmanətində olduğunu söylədi. Dedi ki, mən tək deyiləm, adlar çəkdi, üstəlik, ortada güvəndiyim adamlar vardı".
O qəədr pulu harada və hansı şəkildə verdiyi barədə suala gəlincə, pulları bankın içərisində təhvil verdiyini bildirən Turanın sözlərinə görə, o qədər pulu nağd formada bankda Seçil Erzana təhvil verib: "Qadın kameraları da söndürübmüş. Ona görə də bankın içərisində pul verdiyim görüntülər yoxdur".
Pulun mənbəyinə və "çirkli pul" iddiaları barədə suala isə Arda əsəbi cavab verib: "Nə "çirkli pul"? Mən 600 oyun oynadım, 100-ün üstünde milli komandada oyun keçirdim. Aldadılaraq itirdiyim pul sərvətimin 1/6-i deyil".
Xatırladaq ki, futbol dünyasının məşhur isimləri də daxil olmaqla 18 nəfəri 25 milyon 770 min dollar və 7 milyon 384 TL aldatdığı səbəbilə 226 il həbs cəzası istənən bankir Seçil Erzanın işi davam edir.
Aldadılanlar arasında “Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terimin adı hallandığı üçün “Fatih Terim Fondu” adlandırılan qalmaqalı Gənclər və İdman Nazirliyinin Təftiş Komissiyası da araşdırmaya başlayıb.
Fərid Aslan
MİA.AZ