Türkiyə Regional Həvəskarlar Liqasında sensasiyalı hadisə baş verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Burdur Maküspor"la keçirilən matçda "Manavgat Belediyespor"un kapitanı Tuqay Tiryaki 38-ci dəqiqədə qırmızı vərəqə alıb.
Buna görə qəzəblənən Baş məşqçi Ercan Kul qəzəblənib və sahədən çıxan oyunçuya şapalaq vurub. Kapitan məşqçinin bu hərəkətinə əsəbi reaksiya verib. Dərhal ehtiyat oyunçular və sahə komissarı Tiryaki ilə Kul arasındakı gərginliyi müdaxilə edərək, onları aralaşdırıb.
Xatırladaq ki, ilk hissəsi 0-0 bitən matçın 90+4-cü dəqiqəsində Cihan Mercanın vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edən “Maküspor” qalibiyyət seriyasını üç matça çatdırıb. Bu qələbə ilə xallarını 11-ə yüksəldən “Maküspor” 7-ci pillədə qərarlaşıb.
Fərid Aslan
MİA.AZ