Noyabrın 28-də "Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Mia.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı ilə bağlı qərar qəbul olunub.
Qərara əsasən, Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
***
“Kanal 13” internet televizayasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə onun ailə üzvləri məlumat yayıb.
Vəkil Bəhruz Bayramov bildirib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları Əziz Orucovun evində axtarış aprıb.
O, hazırda polis idarəsinə aparılır.
Kanal rəhbərinin konkret cinayət işi ilə bağlı saxlanıldığı deyilir.