"Qalatasaray" Çempionlar Liqasında çərşənbə günü oynanılacaq kritik "Mançester Yunayted" matçından əvvəl Davinson Snachez-in zədələndiyini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, təcrübəli müdafiəçi 4-6 həftə meydanlardan uzaq qalacaq.

Məlumata görə, o, "Alanyaspor"la oyunun 78-ci dəqiqəsində zədələnib: "Bu gün o, müayinədən keçirilib və sol baldırının arxa əzələsində cidid zədəsi aşkarlanıb".

Fərid Aslan

MİA.AZ