UEFA Çempionlar Liqasının A qrupunun 5-ci həftə matçında noyabrın 29-u keçiriləcək Qalatasaray - "Mançester Yunayted" matçının hakimləri bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, oyunu ispaniyalı hakim Xose Mariya Sançez idarə edəcək.
Raul Kabanero və İniqo Prieto Sançesin köməkçiləri olacaq.
Məlumata görə, Gilyermo Kuadranın dördüncü hakim olacağı yarışda Rikardo de Burqos VAR kürsüsündə, Juan Martinez Munuera isə AVAR kürsüsündə əyləşəcək.
Fərid Aslan
MİA.AZ