"Beşiktaş"ın baş məşqçisi Rıza Çalımbay özündən əvvəl komandanın sükanı arxasında olan Burak Yılmazla arasında heç bir problem olmadığını deyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, Halk TV-yə müsahibəsində danışıb.

Rıza Çalımbay bildiirb ki, təbiət etibarı ilə hər kəslə dil tapmağı bacarır: "Burak Yılmaza gəldikdə, dediyim kimi, təbiətim elədir ki, heç kimlə pis münasibət yaradan deyiləm. Xüsusilə də Burakla heç olmaz. Çünki Burak mənim tələbəmdi".

Klubda yeni prezident seçkiləri ilə bağlı danışan Çalımbayın sözlərinə görə, kim gəlirsə, gəlsin, o, "Beşiktaş"a xidmət edəcək: "İddialarınhər biri  "Beşiktaş"lıdır. Kim gəlsə, hamısının burada böyük faydası olacaq".

Fərid

MİA.AZ