Türkiyədə daha bir tanınan sosial media fenomeni həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sosial mediada bloger kimi tanınan Oğuzhan Muslu narkotik satışında ittiham olunaraq bu gün qandallanıb.
Məlumata görə, onun idarə etdiyi motosikletlə narkotik daşıyaraq ünvanlara çatdırması haqqında polisə daxil olan informasiya əsasında əməliyyat keçirilib: "Onun motosikletində aparılan yoxlama zamanı 550 qram narkotik və 750 həb ələ keçirilib. Bundan başqa, onun baöğlamasından qanunsuz əldə edilən tapança tapılıb. Bu səbəbdən, o və daha iki nəfər saxlanılıb".
Xəbərdə deyilir ki, sosial media hesablarında bir milyondan çox izləyicisi olan fenomen Oğuzhan Muslu uzun müddəti imiş narkotik maddə satışı ilə məşğul olurmuş.
Firudin Səfərli
MİA.AZ