Türkiyənin 68 şəhərində qanunsuz silah daşıyanlara və silah qaçaqmalçılarına qarşı növbəti əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya sosial media hesabında paylaşım edib.
Nazir bildiriib ki, son 4 gündə 68 şəhərdə belə əməliyyat həyata keçiriblər: "Şəhər jandarma komandanlığı və polis idarələrinin birgə həyata keçirdiyi əməliyyatlarla 754 ədəd sənədsiz tapança, 20 ədəd uzunlüləli tüfəng, 49 ədəd boş atıcı tapança, 128 ədəd ov tüfəngi götürülüb. 1129 şübhəli şəxs isə saxlanılıb".
Nazir bildirib ki, belələriə qarşı mübarizə qətiyyətlə davam edəcək.
Firudin Səfərli
MİA.AZ