Almaniyada doğulan və uzun illər həmin ölkədə futbol oynayan "Bitexen Antalyaspor"un baş məşqçisi Nuri Şahin "TRT SPOR"a açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 35 yaşlı məşqçi AVRO-2024 çempionatında qrup lideri kimi qatılan Türkiyə milllsinin son oyunlarının alqışa layiq olduğunu deyib.
Nuri Şahin bildirib ki, artıq milli komandada tamamilə qazanmaya güclü bir inam yaranıb: “Artıq ilk növbədə millinin formasının nə qədər dəyərli olduğunu bilən komanda formalaşıb. Səmimi deyim ki, inanılmaz enerjili milli komandamız var. Almaniya ilə oyun məni heyran etdi. Orada müdhiş mübarizəni sözlə ifadə etmək mümkün deyil. Bizim komanda orada müdafiəyə qapanaraq, qalib gəlmədi. Ümid edirəm ki, millimiz bu oyun tərzini Avropa çempionatında da göstərəcək".
Fərid
MİA.AZ