Bu ilin yanvar ayının 20-dən Barselonada barda qadın zorladığına görə həbs olunan braziliyalı məşhur futbolçu Dani Alvesə 9 il həbs cəzası tələb olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün Barselona şəhər məhkəməsində hakim qarşısına çıxarılan futbolçu son sözündə peşman olduğunu təkrarlasa da, prokuror bunu "yumşaldıcı hal" hesab etməyib: "Prokuror Daniel Alvesin 9 il həbs olunmasını təlıb edib. Məhkəmə yaxın vaxtlarda hökmünü elan edəcək".

Xatırladaq ki, Alves 2022-c ilin dekabrın 30-da barda 23 yaşlı qızı zorlayıb: "2023-cü yanvar ayının 20-də isə o, bu hərəkətinə görə Barselonaya gələrkən hava limanında saxlanılıb".

İspaniyanın EFE xəbər agentliyi yazır ki, o, 11 aylıq istintaq dövründə qızla cinsi əlaqədə olduğunu, lakin bunu zorla etmədiyini iddia edib: "Həm polisdə, həm də əvvəlki məhkəmədə yalan ifadə verməyimə səbəb ailəmin dağılacağı qorxusu olub...".

Qeyd edək ki, “Sevilya”, “Barselona”, “Yuventus”, “Paris Sen-Jermen” və “San Paulo” kimi komandalarda çıxış edən Alves həbs olunduğu vaxt Meksikanın “UNAM” komandasının oyunçusu olub.

Fərid

Mia.az