Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirləri zamanı öz həmvətənlərini Azərbaycanda işlə təmin etmək, həmçinin Avropa ölkələrinə daşımaq vədləri ilə aldadaraq ölkəmizə gəlmələrini təşkil edən əcnəbi saxlanılıb.

Mia.az xəbər verir ki, bu barədə DMX məlumat yayıb.

Həmin şəxsin 6 əcnəbini Azərbaycanda işlə təmin etmək, 1 əcnəbini isə Avropa ölkələrinə daşımaq vədi ilə aldadaraq onların ümumilikdə 15 000 dollar məbləğində pul vəsaitini mənimsədiyi müəyyən edilib.

Qanunsuz miqrasiyanın təşkilinə, həmçinin digər qanunsuz əməllərə dair əsaslı faktlar müəyyən edildiyindən aşkar edilən halla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib.

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliyyət göstərir.