Niderlan millisinin baş məşqçisi Ronald Kuman 6:0 hesabı ilə qalib gəldikləri Cəbəllütariq matçından sonra türk hakim Arda Kardeşləri sərt tənqid edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Kuman Cəbəllütariqli oyunçuların tez-tez sərt qayda pozuntularına yol verdiyini, ancaq hakimin buna reaksiyasız qaldığını iddia edib: "Cəbəllütariqli futbolçular matç boyu sərt qayda pozuntuları etdi, lakin heç biri cəzalandırılmadı. Bu səviyyəli hakim bu səviyyəli matçda standartlara cavab verməli idi, amma belə olmadı. ."
Təcrübəli çalışdırıcı matçın dördüncü hakimi Ümit Öztürkü də tənqid edib: "Biz dördüncü hakimə vəziyyəti izah edəndə güldü. Belə şeylərin futbolda yeri yoxdur".
Fərid
MİA.AZ