Ukraynanın Zaporoye vilayətində yaralanan Rusiyanın “Rossiya 24” telekanalının müxbiri Boris Maksudov noyabrın 23-də ölüb.
RBK xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Nazirliyin məlumatına əsasən, jurnalist Rusiyanın ilhaq etdiyi Zaporojye ərazisinə Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində yaralanmışdı(Report).