Arda Turan, Fernando Muslera və Selçuk İnan kimi məşhur futbolçuları və Fatih Terimin milyonlarla dollar pulunu ələ keçirən bankir Seçil Erzan və 6 müttəhimin məhkəməsi davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məhkəmə prosesində aydın olub ki, 7.5 milyon dolları batan  Arda Turan Seçil Erzanla görüşünü videoya çəkərək, arxivləşdirib və bu da iş materiallarına daxil edilib.

Məlumata görə, Arda Turan bankirlə söhbətində “Ya Seçil, Emre Belözoğlunun 1 lirəsi qalmayıb” ifadəsi daha böyük maraq oyadıb.

Xəbərdə deyilir ki, Arda Turan, Fernando Muslera və Emre Belözoğlu da daxil olmaqla, "Qalatasaray"da bir çox insanı yüksək faiz adıyla  təxminən 25 milyon dollarını ələ keçirən bankir Seçil Erzan hakim qarşısına özünü tam günahkar saymayıb. O, özünün də dələduzluq qurbanı olduğunu deyib.

Bundan sonra Arda Turanın Seçil Erzanla görüşünü videosu səsləndirilb. 

Arda Turan videoda bankirə deyir: "Sənə bir dünya pul gətirdim. Seçil, bütün var-dövlətim səndədir. Nə edəcəyəm, indi həyat yoldaşıma nə deyəcəyəm, Seçil?".

Emre Belözoğlunun batan 4,2 milyon dollarına işarə vuran Arda Turan daha sonra Seçil Erzana deyib: "Emrə abi nə çətinliklə qazandıqlarını sənə verdi. Adamın indi 1 lirəsi qalmayıb. Kos-qoca Emre Belözoğlu e... Adam 4,2 milyon dollar verib. Maaşını da zəlzələdən zərərçəkənlərə bağışlayıb. Seçil, indi səndən pul istədim ki, mənə 100 min avro ver ki, zəlzələdən zərərçəkənlərə ianə verim. İnsanlar 500 min lirə ianə verdik deyə bizi ələ salırlar. Yalvardım ki, pul ver ki, dəstək olum, insanlar orada çətin vəziyyətdədir. Sən neylədin axı?".

Fərid Aslan

MİA.AZ