Qazaxda noyabrın 22-i saat 20 radələrində 1995-ci il təvəllüdlü Kənan Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qazax rayon Prokurorluğundan Mia.az-a bildirilib ki, aparılan araşdırmalarla 1992-ci il təvəllüdlü Rəşad Məhərrəmovun rayonun Qazaxbəyli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Kənan Cəfərova bıçaqla bir neçə dəfə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Rəşad Məhərrəmov iş üzrə şübhəli şəxs qismində tutulub.
***
Qazaxın Qazaxbəyli kəndində qohumlar arasında mübahisə qətllə nəticələnib.
Məlumata görə, 1995-ci il təvəllüdlü Kənan Cəfərov mübahisə zəminində bıçaqlanıb.
Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Onu qətlə yetirməkdə Rəşad Məhərrəmov şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır(Report).