Bu gün AFFA İcraiyyə Komitəsinin fövqəladə iclasında millinin baş mşqçisi ilə bağlı qərar verilib.
Mia.az xəbər verir ki, Canni De Byazi ilə bağlı AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
O, yeni məşqçinin yerli, yoxsa əcnəbi olacağı ilə bağlı suala belə cavab verib: "Məşqçi təyinatı üçün dəqiq vaxt demək çətindir. Amma yanvara qədər yeni baş məşqçinin təyinatı üçün çalışacağıq. Çünki martda beynəlxalq yoldaşlıq oyunları olacaq. İstəyirik ki, ona qədər məşqçi komandaya uyğunlaşsın. Azərbaycan mentalitetinə, mədəniyyətinə uyğun namizədlər nəzərdən keçiriləcək. Yeni baş məşqçisinin 100 faiz yerli olacağını demək çətindir, amma yerli olmaq ehtimalı da az deyil”.