Dekabrın 3-də Beşiktaşda keçiriləcək fövqəladə ümumi qurultayda prezidentliyə namizəd olan Həsən Arat sosial media hesabından PSJ ilə anlaşdıqlarını açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Həsən Arat klub prezidenti seçilərsə, PSJ-dən oyunçular transfer edəcəyini bəyan edib:
“Hörmətli Beşiktaş azarkeşləri, bu gün Dohada "Paris Saint-Germain" FK və Avropa Klublar Assosiasiyasının prezidenti, əziz dostum Nasser Al-Khelaifi ilə görüşdük. Onunla "Beşiktaş" arasında futbolçuların transferi ilə bağlı prinsipial razılığa gəldik. Razılaşmamıza həm də Gənclik İnkişaf Mərkəzi (Futbol Akademiyası) və təlim mərkəzi ilə bağlı genişmiqyaslı əməkdaşlıq da daxildir. "Beşiktaş"ımız üçün xeyirli olsun".
Fərid
MİA.AZ