Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Braziliya və Argentina matçında böyük qalmaqal yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Braziliyanın himni oxunarkən polisin argentinalı azarkeşlərə dəyənəklə hücum etməsindən sonra gərginlik pikk həddə çatıb.
Məlumata görə, buna etiraz olaraq Argentina millisinin qapıçısı Emiliano Martinez tribunaya dırmaşaraq polislə mübahisə edib.
Bundan sonra baş verən xaos böyüyüb və Argentinanın kapitanı Messi komandanı meydandan çıxarıb.
Təxminən 20 dəqiqə sonra hadisələr sakitləşib. Bununla belə çoxlu azarkeş xəsarət alıb.
Oyunda gəldiokdə isə Argentina Otamendinin qolu ilə 1:0 hesablı qələbə qazanıb.
Fərid
MİA.AZ