Özünü “Yolyeməzlər çetesi” kimi təqdim edən silahlı cinayət təşkilatına qarşı İstanbulda əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikauya məlumat paylaşıb.
Nazir bildirib ki, mütəşəkkil cinayət qrupunun qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, əmlaka zərər vurma, talama, təhdid, girovgötürmə, qəsdən yaralama və digər çoxsaylı cinayətlərdə iştirakları təsdiqlənib: "19 nəfərin saxlanıldığı əməliyyat çərçivəsində dəstə üzvlərindən 11 sənədsiz tapança, 2 ov tüfəngi, 2 avtomat tapança, 23 maqazin, 900 müxtəlif diametrli patron, 1 polad jilet, 2 GPS izləmə cihazı, müxtəlif miqdarda narkotik, virtual mərcdə istifadə edilən 8 kompüter və çoxlu sayda rəqəmsal material ələ keçirilib".
Nazir sonda qeyd edib ki, mafiyaları çökdürməyə və ədalətə təslim etməyə davam edəcəklər.
Firudin Səfərli
MİA.AZ