"İsrailin hücumu nəticəsində 2 jurnalist həlak olub".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Livanın Dövlət Agentliyi NNA yayıb.
Bildirilib ki, İsrailin hücumu nəticəsində bu gün 2-si jurnalist olmaqla, daha 3 mülki şəxs həlak olub: "İsrail ordusu Teyr Harfa qəsəbəsi yaxınlığında jurnalistlərin yerləşdiyi nöqtəyə hava zərbəsi endirib. Hücum zamanı Al Mayadeen TV-nin qadın müxbiri Farah Ömer, operator Rabih əl Mamari və 1 mülki şəxsin həyatını itirib".
Bununla oktyabrın 8-dən etibarən İsrailin Livanın cənubuna hücumları nəticəsində həlak olan jurnalistlərin sayı 3-ə yüksəlib.
Samir
MİA.AZ