Fransanın TV5MONDE telekanalının canlı yayımında İsrail Ordusunun sözçüsü Olivier Rafoviçlə kanalın aparıcısı arasında maraqlı dialoq yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, TV5MONDE-də yayımlanan "64 dəqiqə" proqramına qoşulan İsrail MN-in sözçüsü aparıcı Mohamed Kacinin suallarını cavablandırıb.
Aparıcı Qəzzada Şəfa xəstəxanasını tərk etməyə məcbur olunan körpələrin görüntülərinin dünya gündəmində olduğunu deyərək “Sizcə xəstəxanaya girmək beynəlxalq hüquqa və müharibə qaydalarına uyğundurmu?", - deyə ondan soruşub.
Sözçü Rafoviç İsrail ordusunun əməliyyatını müdafiə edərək, Şəfa xəstəxanasının HƏMAS-ın qərargahı olduğunu iddia edib.
Bunun üzərinə aparıcı "Əgər belədirsə, sizin onları xəstəxanadan çıxaracaq başqa hərbi strategiyanız yoxdurmu? Əgər HƏMAS yaraqlıları orada olsaydılar, siz niyə onları çıxara bilmədiniz?", - sualını verib.
Mətbuat katibi bu suala Rafoviç xəstəxanaya basqının səbəbi kimi oktyabrın 7-ni göstərib və bu dəfə o, aoparıcıya ünvanlı deyib: "Hər halda siz HƏMAS-ın beynəlxalq hüquqa, ədalətə və insan haqlarına uyğun hərəkət etdiyinə inanmırsınız, eləmi?".
Cavabında aparıcı belə deyib: "Onda belə çıxır ki, HƏMAS necə davranırsa, siz də indi elə davranırsınız?".
Rafoviç aparıcının bu cavabına qəzəbini gizlədə bilməyib: "Sən jurnalist kimi davranmırsan. Sən bizə qarşı qərəzlisən...".
Aparıcı Kaci bu iradla razılaşmayaraq deyib ki, "HƏMAS-ın necə davrandığını sən deyirsən. İndi oxşar durumu məndən soruşursan və və mən də soruşuram ki, indi siz də HƏMAS necə hərəkət edibsə, o cür davrandığınızı demək istəyirsiniz?"
Aparıcının bu izahatı da mətbuat katibinin hirsinin soyutmayıb: “Bu sözləriniz İsrail dövlətinə qarşı hücumdur”.
Aparıcı cavab olaraq bildirib: "O zaman sözlərini anlaya biləcəyimiz şəkildə yenidən qurun".
Rafoviç isə "mən yox, siz sözlərinizi uyğun şəkildə təkrarlayın” deyib.
Bu açıqlamalardan sonra aparıcı canlı yayımı dayandırıb.
Bundan sonra isə telekanal rəhbərliyi aparıcının mətbuat katibini efirdən "kəsməsi"ni doğru saymayan açıqlama yayıb.
Açıqlamada verilişin aparıcısı Mohamed Kacinin İsrail sözçüsü ilə yayımda "jurnalistika qaydalarına uyğun hərəkət etmədiyi" və aparıcının mətbuat katibini efirdən uzaqlaşdırmasının "dərin kədərləndiyi" bildirilib: "Aparıcının İsrail ordusunun müdaxilə üsullarının HƏMAS-ın strategiyasına bərabər olduğu təəssüratı yaratması qəbuledilməzdir."
Kanal rəhbərliyi daha sonra aparıcını işindən uzaqlaşdırdıqlarını bəyan edib.
Samir
MİA.AZ