Noyabrın 16-na keçən gecə Abşeron rayonun Xırdalan şəhərində mağazaların birindən 21430 manat dəyərində 10 ədəd mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Zəngilan rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Z.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır