AVRO 2024-ün seçmə mərhələsinin D qrupunun 8-ci və son həftəsində bu gün Türkiyəni qəbul edəcək Uels Milli Komandasının baş məşqçisi Rob Peyc oyunla bağlı açıqlamalar verib.3
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Rob Peyc komandanın təcrübəli müdafiəçisi Ben Devislə birgə keçirilən mətbuat konfransında Türkiyə yığmasının son oyunlarda mükəmməl oynadığını etiraf edib: "Yeni məşqçisinin gəlişi ilə Türkiyə komandası fərqli bir sistemlə oynamağa başladı. Bunu açıq şəkildə gördük. Oyun sistemini dəyişdilər və düşünürəm ki, sabahkı matçda bunu hiss edəcəyik. Türkiyənin həm topla, həm də topsuz fərqli oyun tərzii müəkəmməldir. Bu səbəbdən, əlbəttə, bizim üçün çətin oyun olacaq. Bununla belə, Türkiyə komandasına qarşı problem yaradacaq taktikaları reallaşdırmağa çalışacağıq".
İlk oyunda Türkiyənin 2-0 qazandığı matçla müqayisədə fərqli heyətə sahib olduqlarını bildirən Rob Peyc daha sonra deyib: "Gənc, yaxşı və təcrübəli futbolçularım indi hamısı formadadır. Əskik futbolçu yoxdur. Bütün heyətlə hazır oynayacağıq. Türkiyədəki matçda bəxtimiz gətirmədi, bacarmadıq. Bu dəfə fərqli komanda və daha hazır komanda ilə meydanda olacağıq. Türkiyə qarşı komanda şəklində oynayacağıq. Dediyim kimi, çox yaxşı və çox güclü komandadırlar".
Hakan Çalhanoğlu və Cengiz Ünder kimi adların Türkiyədə olmadığını xatırladan Page bildirib ki, Türkiyənin Almaniya ilə matçını izləyib: "Dediyim kimi, Türkiyənin nə qədər güclü rəqib olduğunun fərqindəyik. Bununla belə, gələcəyimiz hələ açıqdır, hələ şansımız var. Biz də yaxşı oynamalı olduğumuzun fərqindəyik, çünki qrupdan çıxmaq şansımız hələ də var...".
Fərid
MİA.AZ